Bəşəriyyət koronavirusun yayılmasına görə "İncil miqyaslı” aclıqla qarşılaşa bilər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Brisli bildirib.
Onun sözlərinə görə, artıq bir neçə ay sonra 30 ölkə kütləvi aclıqla qarşılaşa bilər.
Brisli belə ölkələri humanitar yardımla fasiləsiz təmin etməyə çağırıb. Bundan başqa, o humanitar yardımların çatdırılması üçün logistik mərkəzləri yaratmağı təklif edib. Brisli loqistik mərkəzlərin yaradılmasına 350 milyon ABŞ dolları ayırmaq təklifini də irəli sürüb.
"Əgər indi hərəkətə başlamasaq - girişi təmin etməsək, maliyyələşdirmədə və ticarətdə fasiləyə yol verməsək, onda biz doğrudan da bir neçə ay sonra “İncil miqyaslı” aclıqla qarşılaşa bilərik", - o deyib.
Qeyd edək ki, Ümumdünya Ərzaq Proqramının (ÜƏP) rəhbərinin özü də ötən ay koronavirusa yoluxub. Devid Brisli Kanadaya rəsmi səfərdən sonra ABŞ-a qayıdarkən özünü narahat hiss edib və o müalicə kursu keçib.