Blinken Ukraynaya öldürücü silahlar vəd edib

Digər ölkələr
  • 11 noyabr, 2021
  • 00:50
Blinken Ukraynaya öldürücü silahlar vəd edib
Entoni Blinken

ABŞ administrasiyası Ukraynaya öldürücü silahlar da daxil olmaqla davamlı hərbi yardımı təmin etmək üçün Konqreslə işləyəcək.

“Report” xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə görüşü zamanı deyib.

“Təhlükəsizliyə yardım məsələsində biz Ukraynanın ehtiyac duyduğu sistemlərin, o cümlədən öldürücü müdafiə silahlarının davamlı təchizatını təmin etmək üçün Konqreslə işləyəcəyik”,-deyə, Blinken bildirib.

D. Kuleba isə öz növbəsində bildirib ki, Amerikanın istənilən köməyi Ukraynaya faydalı olacaq.

44 filmi