Blinken: "İsraildə ABŞ-ın 22 vətəndaşı öldürülüb"
Digər ölkələr
- 11 oktyabr, 2023
- 23:06
İsraildə ABŞ-ın 22 vətəndaşı öldürülüb.
“Report” xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“İsrailə qarşı terror hücumları dəhşətlidir və dünya gördüklərinə hiddətlənməlidir. Vəziyyəti yaxından izləməyə davam edərkən, təəssüf hissi ilə indi bilirik ki, ABŞ-ın azı 22 vətəndaşı öldürülüb, HƏMAS-ın girov götürdükləri arasında ABŞ vətəndaşları da var”, - ABŞ dövlət katibi sosial şəbəkə hesabında yazıb.
Daha əvvəl bildirilirdi ki, Antoni Blinken bugünlərdə İsrailə səfər edəcək. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib ki, səfər zamanı Blinken israilli rəsmilərlə regiondakı vəziyyəti müzakirə edəcək.
Son xəbərlər
13:11
Azərbaycandakı sığorta şirkətlərinin sığorta ödənişlərinin məbləğinə görə renkinqi (Yanvar-iyul, 2026)
Maliyyə13:10
Amurda partlayış nəticəsində 1 nəfər ölüb, 80-dən çox adam yaralanıb
Region13:10
Azərbaycandakı sığorta şirkətlərinin sığorta haqlarının məbləğinə görə renkinqi (Yanvar-iyul, 2026)
Maliyyə13:09
Azərbaycan Üzgüçülük Federasiyası beynəlxalq ekspert Boro Ştrumbeli əməkdaşlığa cəlb edib
Fərdi13:09
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
İnfrastruktur13:08
Video
"Azərişıq" Ağdərənin elektrik təsərrüfatını yenidən qurur
Energetika13:01
Oğuzda avtomobil aşıb, xəsarət alanlar var
Hadisə12:57
Foto
Növbəti köç karvanları Xocavəndə çatıb – YENİLƏNİB
Daxili siyasət12:55