Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken və Çin Xalq Respublikasının xarici işlər naziri Van İ arasında Çin hava balonunun ABŞ hava məkanının pozması ilə bağlı telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti
Bildirilib ki, E. Blinken hadisəni məsuliyyətsiz akt, suverenliyin və beynəlxalq hüququn pozulması adlandırıb. Dövlət katibi fevralın 5-6-na planlaşdırılan Çinə səfərini ertələyib.
Entoni Blinken Çin rəsmisinə deyib ki, onun səfəri ərəfəsində Çinin “məsuliyyətsiz hərəkəti” “hazırlaşdığımız predmetli müzakirələrə ziyan vurur”.
Eyni zamanda, ABŞ dövlət katibinin səfərindən imtina etmir. Blinken qeyd edib ki, səfər bunun üçün “uyğun şərait yarandıqda” baş tutacaq. İndi ölkə rəhbərliyi “kəşfiyyat şarını hava məkanımızdan çıxarmaq” üzərində köklənib.
“Bu gün Van İ ilə söhbətim zamanı mən açıq şəkildə bildirdim ki, bu kəşfiyyat şarının ABŞ hava məkanında olması ABŞ-nin suverenliyi və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır”, - Blinken Cənubi Koreyanın xarici işlər naziri Pak Çinlə Dövlət Departamentində keçirdiyi mətbuat konfransında deyib.
“Təsəvvür edirəm, eyni hərəkət Çinə qarşı olsaydı, onun buna reaksiyası necə olacaqdı”, - dövlət katibi vurğulayıb.
Qeyd edək ki, daha öncə rəsmi Pekin şarın ABŞ-də ortaya çıxmasını güclü küləklər nəticəsində peyda olduğunu və bu obyektin sırf elmi məqsədlər üçün istifadə edildiyini açıqlayıb. Çin Xarici İşlər Nazirliyi insidentə görə Vaşinqtondan üzr istəyib.