Beyrutdakı partlayışda ölənlərin sayı 100-ü keçdi

Beyrutdakı partlayışda ölənlərin sayı 100-ü keçdi Livanın paytaxtı Beyrutda ard-arda partlayışlar olub
Digər ölkələr
9393
5 Avqust , 2020 09:51
Beyrutdakı partlayışda ölənlərin sayı 100-ü keçdi

Livanın paytaxtı Beyrutda baş verən partlayışda ölənlərin sayı 100-ü ötüb.

“Report” AFP-yə istinadən xəbər verir ki, bu barədə məlumatı Livanın Qırmızı Xaç Cəmiyyəti yayıb.

02:45

Livanın paytaxtı Beyrutdakı partlayışlar zamanı ölənlərin sayı 78 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "Al Jazeera" telekanalı Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. 

Qeyd edilir ki, hadisə zamanı xəsarət alanların sayı 4 min nəfərə yaxınlaşır. 

00:55

Livanın paytaxtı Beyrutdakı partlayışlar zamanı 73 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə Səhiyyə naziri Hamad Hasan məlumat yayıb. 

O bildirib ki, partlayışlar zamanı 3,7 mindən çox insan xəsarət alıb.

00:25

Livanın paytaxtı Beyrutdakı partlayışlar zamanı azı 70 nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Al Jazeera" telekanalı Səhiyyə naziri Hamad Hasana istinadən məlumat yayıb. 

Məlumata görə, partlayışlar zamanı 3,7 mindən çox insan xəsarət alıb.

00:20

Livanın paytaxtı Beyrutdakı partlayışlar zamanı ölənlərin sayı 67 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı Səhiyyə naziri Hamad Hasana istinadən məlumat yayıb. 

Məlumata görə, partlayışlar zamanı 3,6 min insan xəsarət alıb.

23:30

Livanın paytaxtı Beyrutdakı partlayışlar zamanı ölənlərin sayı 40 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə yerli mətbuat məlumat yayıb. Məlumata görə, hadisə zamanı həmçinin 2 750 nəfər müxtəlif xəsarətlər alıb. 

23:20

Livanın paytaxtı Beyrutdakı partlayışlar zamanı ölənlərin sayı 40 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Al Jazeera" özünün "Twitter"dəki səhifəsində bildirib.

Qeyd edək ki, hadisə zamanı 2 200-dən çox insanın xəsarət aldığı bildirilir. 

22:50

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Livan cəmiyyəti Beyrutdakı partlayışlar zamanı 2,2 min nəfərdən çox insanın xəsarət aldığını bildirib. 

"Report"un məlumatına görə, bu barədə yerli OTV telekanalı bildirib.

Məlumata görə, hadisə zamanı azı 30 nəfər həlak olub. 

21:00

Livanın paytaxtı Beyrutda baş verən ard-arda iki partlayışda azı 10 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Təhlükəsizlik orqanlarındakı mənbə bildirib ki, tibb müəssisəsinə 10 meyit gətirilib. Hadisə zamanı həmçinin yüzlərlə insanın xəsarət aldığı bildirilir. Livanın baş naziri həlak olanlarla əlaqədar avqustun 5-də ölkə ərazisində ümummilli matəm elan edib.

20:50

Livanın paytaxtı Beyrutda baş verən ard-arda iki partlayışda azı 6 nəfər ölüb.

“Report”un məlumatına görə, bu barədə “Al Arabiya” bildirib.

Qeyd edilir ki, partlayışın səsi Kiprdə belə eşidilib.

20:22

Livanın paytaxtı Beyrutda ard-arda partlayışlar olub.

“Report” “Al Arabiya”ya istinadən xəbər verir ki, hadisə nəticəsində səmada böyük qara tüstü ortaya çıxıb.

Partlayış episentrinə yaxın olan binaların şüşələri dağılıb.

Bildirilib ki, partlayış nəticəsində azı 1 nəfər ölüb.

Orphus sistemi