BƏƏ Prezidenti yeni vitse-prezident və Əbu-Dabinin vəliəhdini təyin edib

BƏƏ Prezidenti yeni vitse-prezident və Əbu-Dabinin vəliəhdini təyin edib Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti və Əbu-Dabinin hökmdarı Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan yeni vitse-prezident, həmçinin Əbu-Dabi vəliəhdi və iki hökmdar müavini təyin edib.
Digər ölkələr
30 Mart , 2023 01:14
BƏƏ Prezidenti yeni vitse-prezident və Əbu-Dabinin vəliəhdini təyin edib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti və Əbu-Dabinin hökmdarı Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan yeni vitse-prezident, həmçinin Əbu-Dabi vəliəhdi və iki hökmdar müavini təyin edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə BƏƏ xəbər agentliyi məlumat yayıb.

Federal Milli Şuranın təsdiqi ilə Şeyx Məhəmməd çərşənbə günü qardaşı Şeyx Mənsur bin Zayed Əl Nəhyanı BƏƏ-nin baş naziri və Dubay hökmdarı Şeyx Məhəmməd bin Rəşid Əl Məktumla birlikdə çalışacaq vitse-prezident təyin edilməsi haqqında fərman verib. Yeni vitse-prezidentin təyin olunması ilə dövlət başçısının eyni anda iki müavini olacaq.

Şeyx Xalid bin Məhəmməd Əl Nəhyan Əbu-Dabinin vəliəhd şahzadəsi olub. Dövlət başçısı həm də prezidentin milli təhlükəsizlik üzrə müşaviri vəzifələrində çalışan qardaşları, şeyxlər Həzzə və Təhnuanı əmirlik hökmdarlarının müavinləri təyin edib.

Son xəbərlər

Orphus sistemi