Baydenin komandası Dövlət Departamentinin qrantlarından Ukraynaya yardım üçün istifadə etməyi düşünür

Baydenin komandası Dövlət Departamentinin qrantlarından Ukraynaya yardım üçün istifadə etməyi düşünür ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Ukraynaya əlavə yardım göstərmək üçün Dövlət Departamentinin qrant proqramından istifadə etməyi düşünür.
Digər ölkələr
6 Oktyabr , 2023 03:17
Baydenin komandası Dövlət Departamentinin qrantlarından Ukraynaya yardım üçün istifadə etməyi düşünür

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Ukraynaya əlavə yardım göstərmək üçün Dövlət Departamentinin qrant proqramından istifadə etməyi düşünür.

“Report” xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ Konqresinin Ukraynaya yardım üçün əlavə vəsait ayırması ilə bağlı müəyyənliksizlik fonunda Amerika administrasiyası Kiyevə dəstəyin davam etdirilməsi üçün başqa variantları araşdırır. Digər məsələlərlə yanaşı, Vaşinqton ABŞ-nin müttəfiqlərinə amerikan silahlarının alınması üçün qrantlar və kreditlər ayırdığı Dövlət Departamenti proqramı vasitəsilə maliyyə vəsaitinin köçürülməsi imkanını gözdən keçirir.

Nəşr qeyd edib ki, sentyabrın 21-nə ABŞ-nin Ukraynaya və “Ukraynadakı vəziyyətdən təsirlənən digər ölkələrə” əlavə yardım paketlərinin ayrılması üçün Konqres tərəfindən təsdiqlənmiş təqribən 4,6 milyard dollardan təxminən 650 milyon dolları qalıb.

“Politico” vurğulayıb ki, ABŞ administrasiyası bu proqrama vəsait ayırsa belə, Konqres yenə də əlavə maliyyəni təsdiq etməli olacaq.

Son xəbərlər

Orphus sistemi