Baydenin əcnəbi ilə qanunsuz pul mübadiləsi barədə sənəd ortaya çıxıb

Baydenin əcnəbi ilə qanunsuz pul mübadiləsi barədə sənəd ortaya çıxıb ABŞ Prezident Cozef Bayden haqqında səsləndirilən iddiadan danışır.
Digər ölkələr
4 May , 2023 08:53
Baydenin əcnəbi ilə qanunsuz pul mübadiləsi barədə sənəd ortaya çıxıb

ABŞ Prezidenti Cozef Baydenin əcnəbi ilə qanunsuz pul mübadiləsi barədə sənəd ortaya çıxıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, Federal Təhqiqat Bürosunda (FTB) və Ədliyyə Nazirliyində Baydenin vitse-prezident olduğu müddətdə xarici vətəndaşla pul mübadiləsi apardığına dair sənədin olduğu ehtimal edilir.

Konqresin tanınmış respublikaçı üzvləri, Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsinin sədri Ceyms Komer və senator Çak Qrassli FTB və Ədliyyə Nazirliyinə məktublar göndərərək, müvafiq sənədi tələb ediblər.

Respublikaçılar məktubda qeyd ediblər ki, məlumatlı şəxs Baydenin vitse-prezident olduğu zaman siyasi qərarlar üçün pul mübadiləsi apardığını əks etdirən sənədin aşkarlandığını iddia edib.

"Gözləyib, sənəddə nələrin olduğunu görməliyik. FTB bunun doğru olub-olmadığını izah etməlidir", - Qrassli “Fox News”a deyib.

FTB-nin ABŞ Prezidenti ilə bağlı çox ciddi və təfərrüatlı iddiaları ehtiva edən daxili sənədə malik olduğuna inandıqlarını deyən Qrassli bununla belə vurğulayıb ki, hazırda Federal Təhqiqat Bürosunun iddiaları yoxlamaq və ya daha çox araşdırmaq üçün nə etdiyi barədə məlumatsızdır.

Son xəbərlər

Orphus sistemi