“Ukrayna ordusu əks-hücum əməliyyatları keçirməyə hazırlaşır”.
“Report” xəbər verir ki, bu barədə ABŞ prezidenti Cozef Bayden bildirib.
“Yaz yaxınlaşdıqca Ukrayna qüvvələri tutduqları ərazinin təhlükəsizliyini təmin etməyə çalışır və əlavə əks-hücumlara hazırlaşır. Ərazilərini azad etmək üçün onlar qısa müddət ərzində Rusiya taktikasına və döyüş meydanı strategiyasına qarşı çıxa bilməlidirlər”-deyə, Bayden əlavə edib.
Eyni zamanda Bayden Vaşinqtonun Ukraynaya “31 M1 Abrams” tanklarının verilməsi barədə qərar qəbul edildiyini təsdiqləyib:
“Bu gün mən ABŞ-ın Ukraynaya 31 ədəd “Abrams” tankı göndərəcəyini elan edirəm. Bu, bir Ukrayna tank batalyonuna bərabərdir. Tankların Kiyevə çatdırılması vaxt aparacaq, lakin ABŞ tezliklə Ukrayna Silahlı Qüvvələrinin ekipajlarını hazırlamağa başlayacaq”.