Bavariyada çadra geyinmək qismən qadağan edilib

Bavariyada çadra geyinmək qismən qadağan edilib Ali təhsil müəssisələri, məktəb və uşaq baxçalarında buna icazə verilməyəcək
Digər ölkələr
22 Fevral , 2017 05:48
Bavariyada çadra geyinmək qismən qadağan edilib

Bakı. 22 fevral. REPORT.AZ/ Almaniyanın Bavariya federal torpağı hökuməti bəzi ictimai yerlərdə çadra geyinməyi qadağan edən qanun layihəsini təsdiqləyib.

"Report" "Deutsche Welle"yə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Bavariya baş nazirinin dəftərxanası nazirlərin Münhendə keçirilən iclasının yekunu üzrə məlumat yayıb.

Sənədə görə, ali təhsil müəssisələri, məktəb və uşaq baxçalarında, ictimai xidmət aparan zaman, səsvermə vaxtı, həmçinin ictimai təhlükəsizlik və qayda-qanunun dəstəklənməsindən söhbət gedən zaman bədən və üzün tam olaraq bağlanması qadağan edilir.

Son xəbərlər

Orphus sistemi