“Biz Ukraynada baş verənlər fonunda NATO-nun üzv olmayan ölkələrə yardımı müzakirə etməliyik”.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Alyansa üzv dövlətlərin xarici işlər nazirlərinin aprelin 6-7-də keçiriləcək iclasından əvvəl bildirib.
“NATO 2008-ci ildən Ukraynaya dəstək verir. Ancaq o zaman Ukraynanın üzvlüyə qəbul edilməsi ilə bağlı aramızda konsensus olmadı. İndi isə hesab edirəm ki, az-çox Ukraynanın vəziyyətinə oxşar olan dövlətlər, məsələn, Avropa İttifaqı və Alyansın üzvü deyil, ancaq daxil olmağa səy göstərir, yardım edilməsini müzakirə etmək vacibdir”, - Baş katib deyib.
Onun sözlərinə görə, aldığımız əsas dərslərdən biri - əvvəlcədən yardım etmək daha yaxşıdır, nəinki gecikmək.