Belçikanın yeni hökuməti and içib

Belçikanın yeni hökuməti and içib Sağçı radikal "Yeni Flamand Alyansı" partiyasının lideri, Baş nazir Bart De Veverin rəhbərlik etdiyi Belçikanın yeni hökuməti and içib.
Digər ölkələr
3 Fevral , 2025 16:14
Belçikanın yeni hökuməti and içib

Sağçı radikal "Yeni Flamand Alyansı" partiyasının lideri, Baş nazir Bart De Veverin rəhbərlik etdiyi Belçikanın yeni hökuməti and içib.

“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, De Veverlə birlikdə Belçikanın yeni Nazirlər Kabinetinin 14 üzvü də and içib.

Belçikada 2024-cü ilin yayında parlament seçkiləri keçiriləndən bəri hakim koalisiyanın və yeni hökumətin formalaşdırılması ilə bağlı danışıqlarda kompromisə nail oluna bilmirdi. Danışıqlar masasında ən çətin mövzu "sosial-iqtisadi paket" olub.

Tərəflər müdafiə, miqrasiya və sığınacaq, iqlim və səhiyyə kimi məsələlərdə razılığa gəliblər.

Bart De Veverin rəhbərlik etdiyi "Yeni Flamand Alyansı" partiyası 2024-cü il iyunun 4-də keçirilən ümumi seçkilərdə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi