Barselonada baş vermiş terror aktında xəsarət alanların sayı 100 nəfərə çatıb, daha 13 nəfər ölüb - VİDEO - YENİLƏNİB-2

Barselonada baş vermiş terror aktında xəsarət alanların sayı 100 nəfərə çatıb, daha 13 nəfər ölüb - VİDEO - YENİLƏNİB-2 Hadisə zamanı 13 nəfər ölüb
Digər ölkələr
18 Avqust , 2017 01:04
Barselonada baş vermiş terror aktında xəsarət alanların sayı 100 nəfərə çatıb, daha 13 nəfər ölüb - VİDEO - YENİLƏNİB-2

Bakı. 18 avqust. REPORT.AZ/ Kataloniya hökuməti bildirib ki, Barselonanın mərkəzində avtomobilin piyadaları vurmasından sonra 100 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara gətiriliblər.

"Report"un məlumatına görə, Kataloniya polisi "Tvitter"dəki səhifəsində xəbər verib.

Bildirilir ki, terror aktı zamanı xəsarət alanların sayı yaxın saatlarda 100-ü ötə bilər. Kataloniya hökuməti yaralananların adlarını açıqlayıb.

Onlardan 15-nin vəziyyətinin ağır olduğu bildirilir. Bundan əvvəl isə xəsarət alanıların sayının 50 (digər yerli mətbu orqanlar bu rəqəmin 60, 80 olması haqda xəbər veriblər-red) nəfər olduğu bildirilirdi. Bundan əlavə, hadisə zamanı 13 nəfər ölüb.

Polis terror aktında şübhəli bilinənlərin ikisinin saxlanıldığını bildirib.


***23:14

 Barselonada baş vermiş terror aktında xəsarət alanların sayı 80 nəfərə çatıb.

"Report" "xəbər verir ki, bu barədə "RİA Novosti İspaniya mətbuatına istinadən məlumat yayıb.


***22:47

Barselonada baş vermiş terror aktında xəsarət alanların sayı 60 nəfərə çatıb.

"Report" "xəbər verir ki, bu barədə "Pais" qəzeti mülki müdafiədəki mənbəyə istinadən məlumat yayıb.

"La Vanguardia" qəzetinin məlumatına görə, mikroavtobusun kütləni vurması nəticəsində 56 nəfər klinikaya yerləşdirilib. "El Pais"in məlumatına görə, cinayətkar avtomobili küçədə 530 metrdən çox idarə edib. 

"Reuters" hadisə nəticəsində 13 nəfərin öldürüldüyünü xəbər verib.

"Periodico" qəzetinin məlumatına görə, avtomobilin sürücüsü sonradan restoran yaxınlığında gizlənib.  

Son xəbərlər

Orphus sistemi