Banqladeşin keçmiş Baş nazirinin 29 tərəfdarının meyiti aşkarlanıb

Banqladeşin keçmiş Baş nazirinin 29 tərəfdarının meyiti aşkarlanıb Banqladeşin keçmiş Baş naziri Şeyx Hasinin "Avami liq" Partiyasının 29 üzvünün meyiti respublikanın müxtəlif şəhərlərində aşkarlanıb.
Digər ölkələr
7 Avqust , 2024 08:57
Banqladeşin keçmiş Baş nazirinin 29 tərəfdarının meyiti aşkarlanıb

Banqladeşin keçmiş Baş naziri Şeyx Hasinin "Avami liq" Partiyasının 29 üzvünün meyiti respublikanın müxtəlif şəhərlərində aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə “Dhaka Tribune” qəzeti məlumat yayıb.

"Avami liq"in 10 tərəfdarı çərşənbə axşamı Satira şəhərində Baş nazirin vəzifəsindən istefası və ölkəni tərk etməsi xəbərindən sonrakı hücumlarda ölüb. "Avami liq"in liderlərinə və fəallarına məxsus evlər, müəssisələr dağıdılıb, talan edilib.

Kumilla şəhərində keçmiş Baş nazirin 11 partiyadaşı etirazçıların kütləvi hücumu nəticəsində həlak olub. Daha altı nəfər "Avami liq"in rayon şöbəsinin keçmiş müşavirinin üçmərtəbəli evinin girovları tərəfindən yandırılması nəticəsində ölüb. Ölənlər arasında partiya fəallarının ailə üzvləri, o cümlədən uşaqlar da var.

Son xəbərlər

Orphus sistemi