Banqladeşdə denqe qızdırmasından ölənlərin sayı 1 700-ə çatıb

Banqladeşdə denqe qızdırmasından ölənlərin sayı 1 700-ə çatıb Banqladeşdə bu il denqe qızdırmasından ölənlərin sayı 1701 nəfərə çatıb.
Digər ölkələr
28 dekabr 2023 19:35
Banqladeşdə denqe qızdırmasından ölənlərin sayı 1 700-ə çatıb

Banqladeşdə bu il denqe qızdırmasından ölənlərin sayı 1701 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Xidmətləri Baş İdarəsi məlumat yayıb.

Son 24 saat ərzində xəstəlik nəticəsində 2 nəfər ölüb, 100-dən çox insan xəstəxanaya yerləşdirilib, denqe xəstələrinin ümumi sayı isə demək olar ki, 870 nəfərdir. Bu il virusa yoluxanların ümumi sayı 320 mini keçib.

Virus daşıyan ağcaqanadların aktivliyinin azaldığı qış fəslinin yaxınlaşması ilə xəstəliyin yayılma sürətinin azalacağı gözlənilir. Xəstəliyin pik səviyyəsi sentyabrda olub, 80 min yoluxma qeydə alınıb, dekabr ayı ərzində bu günə qədər 9 min nəfər yoluxub.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Banqladeşdəki denqe qızdırmasını tarixdə ən pis epidemiya adlandırıb.

Son xəbərlər

Orphus sistemi