​"Azercell"in sabiq prezidenti Moldova baş naziri postuna namizəd kimi irəli sürülüb

​"Azercell"in sabiq prezidenti Moldova baş naziri postuna namizəd kimi irəli sürülüb Ölkə prezidenti Nikolay Timofti bu barədə müvafiq fərman imzalayıb
Digər ölkələr
15 Fevral , 2015 03:41
​Azercellin sabiq prezidenti Moldova baş naziri postuna namizəd kimi irəli sürülüb

Bakı. 15 fevral. REPORT.AZ/ İş adamı Kirill Qaburiç Moldova baş naziri postuna yeni namizəd olub. O, 15 gün ərzində yeni hökumətin tərkibi və proqramını parlamentin təsdiqinə təqdim etməlidir.

"Report" TASS-a istinadən xəbər verir ki, şənbə günü Moldova prezidenti Nikolay Timofti bu barədə müvafiq fərman imzalayıb.

Kirill Qaburiçin baş nazir postuna namizədliyi Liberal Demokrat Partiyası (LDP) tərəfindən təklif edilib. Onun namizədliyini müxalifətdən olan Kommunistlər Partiyası da dəstəkləyib.

"Mən LDP-nin təklifini qəbul etdim və ölkəni idarə etmək məsuliyyətini öz üzərimə götürməyə hazıram. Mənim proqramımın əsas məqsədi Avropaya inteqrasiya kursunun davam etdirilməsi olacaq", - deyə Qaburiç prezident Timofti ilə görüşdən sonra jurnalistlərə bildirib.

Yeni namizədin 38 yaşı var. O, 2012-ci ildən 2014-cü ilin sonunadək Azərbaycanda "Azercell" şirkətinin direktoru vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi