Avstriyanın maliyyə naziri yol qəzasına düşüb, ağır xəsarət alıb

Digər ölkələr
  • 13 yanvar, 2023
  • 12:46
Avstriyanın maliyyə naziri yol qəzasına düşüb, ağır xəsarət alıb

Avstriyanın maliyyə naziri Maqnus Brunner ağır kəllə-beyin travması alıb və xəstəxanaya yerləşdirilib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, o, elektrikli skuterdən yıxılıb.

Hadisə ötən gecə Brunner Avstriya parlamentinin binasının təmirdən sonra açılış mərasimindən evə qayıdarkən baş verib.

Nazirin durumu orta-ağır olaraq qiymətləndirilir.