​Avstraliyada parlament seçkilərində hakim partiya qalib gəlib

​Avstraliyada parlament seçkilərində hakim partiya qalib gəlib Malkolm Ternbull:"Leyboristlərin lideri Bill Şorten yenidən baş nazir seçilməyim münasibəti ilə məni təbrik etdi"
Digər ölkələr
10 İyul , 2016 10:27
​Avstraliyada parlament seçkilərində hakim partiya qalib gəlib

Bakı. 10 iyul. REPORT.AZ/ Avstraliyanın baş naziri Malkolm Ternbull parlament seçkilərində hakim Liberal –milli Koalisyanın qalib gəldiyini elan edib.

"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

"Bu gün Leyboristlər Partiyasının lideri Bill Şorten telefonla zəng edərək, yenidən baş nazir seçilməyim münasibəti ilə məni təbrik etdi. Biz qalib gəldik", - deyə, Malkolm Ternbull Sindeydə jurnalistlərə açıqlamasında vurğulayıb.

Qeyd edək ki, iyulun 2-də ölkə parlament seçkiləri keçirilib. Məlumata əsasən, liberallar parlamentdəki yerlərdən 74-ünü, leyboristlər isə 66-nı qazanıblar. Avstraliya iki palatalı federal parlamentdən ibarətdir. Yuxarı Palata (Senat) 76 senatordan, Aşağı Palata (Nümayəndələr Palatası) isə 150 deputatdan ibarətdir.

Böyük Britaniyanın kraliçası da parlamentə daxildir. O, parlamentdə general-qubernatorla təmsil olunur. 

Son xəbərlər

Orphus sistemi