Avstraliya atom sualtı qayıqlarının tikintisi proqramına 245 milyard dollar ayıracaq

Avstraliya atom sualtı qayıqlarının tikintisi proqramına 245 milyard dollar ayıracaq Avstraliya hökuməti növbəti 32 il ərzində AUKUS alyansının (Avstraliya, Böyük Britaniya və ABŞ-ın üçtərəfli tərəfdaşlığı) müqavilələri çərçivəsində atom sualtı donanmasının tikintisi proqramının həyata keçirilməsinə təqribən 245 milyard ABŞ dolları ayırma
Digər ölkələr
14 Mart , 2023 08:46
Avstraliya atom sualtı qayıqlarının tikintisi proqramına 245 milyard dollar ayıracaq

Avstraliya hökuməti növbəti 32 il ərzində AUKUS alyansının (Avstraliya, Böyük Britaniya və ABŞ-ın üçtərəfli tərəfdaşlığı) müqavilələri çərçivəsində atom sualtı donanmasının tikintisi proqramının həyata keçirilməsinə təqribən 245 milyard ABŞ dolları ayırmaqla ölkənin müdafiə büdcəsinin ÜDM-sini 2,11%-dən 2,6%-ə qədər artıracaq.

“Report” xəbər verir ki, bunu ölkənin maliyyə naziri Cim Çalmers deyib.

Onun sözlərinə görə, Avstraliya Hərbi Dəniz Qüvvələri üçün nüvə sualtı qayıqlarının tikintisi proqramının dəyəri 2023-cü ildən 2050-ci illərin ortalarına qədər bütün istismar dövrü ərzində ölkənin ÜDM-nin hər il ən azı 0,15%-ni təşkil edəcək.

“Növbəti on il ərzində onun dəyəri 58 milyard Avstraliya dolları (38,6 milyard ABŞ dolları) hüdudlarında qalacaq, çünki hökumət nüvə sualtı qayığının tikintisi xərclərinin bir hissəsini artıq büdcədə nəzərə alıb. Proqramın ümumi dəyəri təxminən 368 milyard Avstraliya dolları (244,8 milyard ABŞ dolları) olacaq”.

Baş xəzinadar xərclərin yüksək olduğunu və federal büdcəyə ciddi təzyiq göstərəcəyini söyləyib, lakin o, Avstraliyanın bunu etməyə gücü çatacağını da vurğulayıb.

Qeyd edək ki, Avstraliyanın cari müdafiə büdcəsi (ölkənin Müdafiə Nazirliyinin aparatının və onun strukturuna daxil olan milli Xüsusi Rabitə İdarəsinin saxlanması xərcləri daxil olmaqla) ildə 48,6 milyard Avstraliya dollarıdır (32,3 milyard ABŞ dolları). Bu, ÜDM-in 2,11%-nə bərabərdir.

Atom sualtı qayıqlarının tikintisi proqramını həyata keçirmək üçün bu məbləğ ildə ən azı 59,6 milyard Avstraliya dollarına (39,6 milyard ABŞ dolları) çatdırılmalı, ölkənin ÜDM-də müdafiə xərclərinin payı isə 2,6%-ə yüksəlməlidir.

Son xəbərlər

Orphus sistemi