Avropa Parlamentinin aparıcı fraksiyasının rəhbəri: "İqtisadi uğur və rifah təhlükə altındadır"

Avropa Parlamentinin aparıcı fraksiyasının rəhbəri: "İqtisadi uğur və rifah təhlükə altındadır" Avropa Parlamentinin aparıcı fraksiyasının - Avropa Xalq Partiyasının (EPP) rəhbəri Manfred Veber hesab edir ki, Aİ gələcəyin bazarlarında rəqabətə tab gətirə bilməz və Pekinlə əməkdaşlığın vacibliyinə baxmayaraq, öz iqtisadiyyatını Çindən qorumalıdır.
Digər ölkələr
31 Mart , 2024 19:10
Avropa Parlamentinin aparıcı fraksiyasının rəhbəri: İqtisadi uğur və rifah təhlükə altındadır

Avropa Parlamentinin aparıcı fraksiyasının - Avropa Xalq Partiyasının (EPP) rəhbəri Manfred Veber hesab edir ki, Aİ gələcəyin bazarlarında rəqabətə tab gətirə bilməz və Pekinlə əməkdaşlığın vacibliyinə baxmayaraq, öz iqtisadiyyatını Çindən qorumalıdır.

"Report" xəbər verir ki, o bu barədə "Funke" nəşrinə açıqlamasında deyib.

O, Çinin artıq fotovoltaik panellərlə etdiyi kimi, dempinq metodlarına əl ataraq, sistematik olaraq gələcəyin yeni texnologiyaları bazarlarını fəth etməyə çalışır:

"Biz buna icazə verə bilmərik. Çinlə azad ticarət ədalətli olmalıdır".

Veber hesab edir ki, Almaniya iqtisadiyyatının inkişafı ilə bağlı ən son iqtisadi məlumatlar Berlin üçün aydın xəbərdarlıq siqnalıdır - iqtisadi uğur və rifah təhlükə altındadır:

"Biz avropalılar, əsasən, gələcəyin bazarlarında, məhz indiyə qədər bizim rifahımızı təmin edən bazarlarda rəqabətdə uduzuruq. Aİ-də satılan bütün elektrik avtomobillərinin demək olar ki, 20%-i Çin istehsalıdır. 2024-cü ildə bu payın artacağı gözlənilir".

Son xəbərlər

Orphus sistemi