Avropa Komissiyası miqrantların Belarusdan ölkələrinə qayıtmaları üçün pul ayıracaq

Digər ölkələr
  • 23 noyabr, 2021
  • 16:39
Avropa Komissiyası miqrantların Belarusdan ölkələrinə qayıtmaları üçün pul ayıracaq

"Avropa Komissiyası Belarusdan olan miqrantların öz ölkələrinə qayıtması üçün maliyyə vəsaiti ayıracaq".

"Report" xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı bildirib.

Komissiya Belarusdan olan miqrantların öz ölkələrinə könüllü qayıtmasına dəstək üçün 3,5 milyon avroya qədər vəsait ayıracaq.

44 filmi