İran Hörmüz boğazı üzərində ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

Region
  • 21 noyabr, 2026
  • 08:04
İran Hörmüz boğazı üzərində ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hava hücumundan müdafiə qüvvələri Hörmüz boğazı üzərində ABŞ-yə məxsus 58-ci MQ-9 pilotsuz uçuş aparatını vurub.

"Report" IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.

Bildirilib ki, ABŞ ordusuna məxsus 58-ci MQ-9 pilotsuz uçuş aparatı bir saat əvvəl SEPAH-ın yeni hava hücumundan müdafiə sistemi vasitəsilə ələ keçirilərək vurulub.