Aprel ayında Tramp və Si Cinpin arasında növbəti görüş olacaq
Digər ölkələr
- 30 oktyabr, 2025
- 10:20
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə görüşmək üçün gələn ilin aprelində Asiyaya qayıdacağını bildirib.
Bu barədə "Report" CNN-ə istinadən xəbər verir.
Məlumata görə, ABŞ lideri bunu dünən Cənubi Koreyanı tərk edərkən bildirib.
Tramp həmçinin qeyd edib ki, sıx qrafiki ona Asiyaya beşgünlük səfəri zamanı Şimali Koreya lideri Kim Çen Inla danışmağa imkan verməyib, lakin o, gələcəkdə görüşmək üçün regiona qayıtmağa hazırdır.
"Biz danışa bilmədik, çünki mən çox məşğul idim", - o, jurnalistlərə deyib.
Əvvəllər Tramp Şimali Koreya liderini "görmək istədiyini" və onunla görüşmək üçün Asiya səfərini uzatmağa hazır olduğunu bildirmişdi.
Трамп планирует вернуться в Азию весной для встречи с Си Цзиньпином
Trump says he will visit China in April
Son xəbərlər
20:26
Foto
Premyer Liqa: "Kəpəz" doğma meydanda "Zirə" ilə heç-heçə edib
Fərdi
20:16
Foto
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Hadisə
20:08
Video
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb
Hərbi
20:00
Foto
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib
Xarici siyasət
19:51
Foto
Azərbaycan Ordusunda Müstəqilliyin Bərpası Günü qeyd olunub
Hərbi
19:36
Konqo Demokratik Respublikasının səkkizinci əyalətində Ebola epidemiyası təsdiqlənib
Digər ölkələr
19:12
Video
Sumqayıtda tikilidə təmir işləri aparan şəxs xəsarət alıb
Hadisə
18:57
Əraqçi: Təhdidlərə boyun əyməyəcəyik
Region
18:24
Türkiyədə sel nəticəsində ölənlərin sayı altı nəfərə çatıb
Region