Anjey Dudaya Polşa prezidenti vəsiqəsi təqdim olunub
Digər ölkələr
- 29 may, 2015
- 12:06
Bakı. 29 may. REPORT.AZ/ Polşanın Dövlət Seçki Komissiyası Anjey Dudaya prezident vəsiqəsini təqdim edib.
"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.
Xəbərə görə, vəsiqənin təqdim edilməsi mərasimi ölkə paytaxı Varşavada Polşa kralının yay iqamətgahı olmuş Vilyanuvsk sarayında keçirilib.
Vəsiqə təqdim edildikdən sonra Anjey Duda ölkənin rəsmi seçilmiş prezidenti sayılır. Andiçmə mərasimi isə bu il avqustun 6-da keçiriləcək.
Qeyd edək ki, bu il mayın 24-də keçirilən prezident seçkisinin ikinci turunda Anjey Dudaya seçicilərin 51,55 faizi, yaxud 8 milyon 630 nəfər səs verib. Onun rəqibi, artıq keçmiş prezident Bronislav Komorovski isə səslərin 48,45%-ni toplayıb. Seçkidə seçicilərin 55,34%-i iştirak edib
Son xəbərlər
11:31
İlham Əliyev Auditorlar Palatası üzvlərini və əməkdaşlarını təltif edib
Daxili siyasət11:25
Azərbaycan stolüstü tennisçiləri Belçikanın açıq çempionatında çıxış edəcəklər
Fərdi11:20
Azərbaycan yığmaları Özbəkistanda 46-cı Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayır
Fərdi11:19
"Moon Kids" uşaq bağçasının dələduzluqda ittiham olunan direktoruna hökm oxunub
Hadisə11:17
Firudin Qurbanov: Türkiyədə xaricdə təhsil proqramı üzrə 197 azərbaycanlı gənc təhsil alır
Elm və təhsil11:06
"Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək
Maliyyə11:04
Ümumi təhsil müəssisələrinin 2026-2027-ci tədris ili üçün tədris planları təsdiqlənib
Elm və təhsil11:04
Nəcibə Nəsibova: TAU iki qardaş ölkənin elm və təhsil sahəsində qarşılıqlı etimadının göstəricisidir
Elm və təhsil11:02