Almaniyada Solingen hücumunda şübhəli bilinən şəxs polisə təslim olub

Almaniyada Solingen hücumunda şübhəli bilinən şəxs polisə təslim olub Almaniyanın Solingen şəhərində şəhər festivalına gələnlərə bıçaqla hücum etməkdə şübhəli bilinən şəxs hadisədən 26 saat sonra polisə təslim olub.
Digər ölkələr
25 Avqust , 2024 08:20
Almaniyada Solingen hücumunda şübhəli bilinən şəxs polisə təslim olub

Almaniyanın Solingen şəhərində şəhər festivalına gələnlərə bıçaqla hücum etməkdə şübhəli bilinən şəxs hadisədən 26 saat sonra polisə təslim olub.

"Report" xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

O, şənbə günü yerli vaxtla saat 23:00 radələrində polisə yaxınlaşaraq "Axtardığınız mənəm" deyib. Qəzetin yazdığına görə, üzərində hələ də qurbanların qanının izləri olub.

Şimali Reyn-Vestfaliya daxili işlər naziri Herbert Reul bildirib ki, hücumu həyata keçirən şəxs nəzarətə götürülüb.

Şübhəli şəxs 2022-ci ildə qaçqın kimi Almaniyaya gələn 26 yaşlı suriyalıdır.

Xatırladaq ki, Almaniyanın Solingen şəhərində (Şimali Reyn-Vestfaliya) naməlum şəxsin şəhər festivalının qonaqlarına bıçaqla hücumu nəticəsində azı 3 nəfər ölüb, daha 4 şəxs yaralanıb.

Son xəbərlər

Orphus sistemi