Almaniyada koronavirusa yoluxanların sayı 140 minə çatdı

Almaniyada koronavirusa yoluxanların sayı 140 minə çatdı Almaniyada bir gün ərzində koronavirusa 2 458 yoluxma qeydə alınıb.
Digər ölkələr
19 Aprel , 2020 08:34
Almaniyada koronavirusa yoluxanların sayı 140 minə çatdı

Almaniyada bir gün ərzində koronavirusa 2 458 yoluxma qeydə alınıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Robert Kox İnstitutu bildirib.

Qeyd edilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 139 897 nəfərə çatıb.

Məlumata görə, AFR-da bir gün ərzində 184 nəfər koronavirusdan ölüb. Ölkədə pandemiyadan ölüm hallarının ümumi sayı 4 294 təşkil edir.

Pandemiya ərzində təxminən 88 min insan sağalıb. Xəstəlikdən sağalanların bir gün ərzində artımı təxminən 2 700 nəfər təşkil edib. 

Yoluxma hallarının ən böyük sayı Bavariyada (37 407) aşkar edilib. Şimal Reyn-Vestfaliyada (28 471), Baden-Vürtemberqdə (27 883) də yoluxma halları kütləviliyi ilə seçilir. Berlində COVID-19-a 5 159 yoluxma qeydə alınıb. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi