Almaniyada HƏMAS-ın üç üzvü saxlanılıb

Almaniyada HƏMAS-ın üç üzvü saxlanılıb Berlində radikal HƏMAS hərəkatının 3 nümayəndəsi saxlanılıb.
Digər ölkələr
14 Dekabr , 2023 21:47
Almaniyada HƏMAS-ın üç üzvü saxlanılıb

Berlində radikal HƏMAS hərəkatının 3 nümayəndəsi saxlanılıb.

“Report”un verdiyi məlumata görə, bu barədə Almaniya Federativ Respublikasının Federal Baş Prokurorluğu məlumat yayıb.

Saxlanılanlardan ikisinin Livan, digərinin isə Misir vətəndaşlığı var. Daha bir HƏMAS üzvü olduğu iddia edilən Rotterdamda saxlanılıb, onun Niderland vətəndaşlığı var.

Şübhəlilərdən biri HƏMAS-ın Livandakı rəhbərliyinin göstərişi əsasında silah almağa çalışıb. Silahlar Avropadakı yəhudi qurumlarına mümkün hücumlar üçün Berlinə çatdırılmalı idi.

Son xəbərlər

Orphus sistemi