Almaniya XİN başçısı: Yaxın Şərqdə mümkün eskalasiyanın qarşısını almaq lazımdır

Almaniya XİN başçısı: Yaxın Şərqdə mümkün eskalasiyanın qarşısını almaq lazımdır Almaniyanın xarici işlər naziri Annalena Berbokla iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub.
Digər ölkələr
11 Aprel , 2024 15:44
Almaniya XİN başçısı: Yaxın Şərqdə mümkün eskalasiyanın qarşısını almaq lazımdır

Almaniyanın xarici işlər naziri Annalena Berbokla iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Telefon danışığı zamanı A.Berbok bildirib ki, ehtimal olunan regional eskalasiyanın qarşısını almaq lazımdır:

“Bu, hər kəsin marağında olmalıdır. Biz bölgənin bütün aktorlarını məsuliyyətli və təmkinli olmağa çağırırıq”.

Son xəbərlər

Orphus sistemi