Almaniya və Fransa Aİ-ni Nigerdəki qiyamçılara qarşı sanksiya tətbiq etməyə çağırıb
- 30 avqust, 2023
- 06:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniya və Fransa Aİ-nin Nigerdəki qiyamçılara sanksiya tətbiq etməsinin tərəfdarıdır.
"Report" xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Agentliyin mənbələri vurğulayır ki, sanksiyalar dövlət çevrilişi nəticəsində hakimiyyəti ələ keçirmiş hərbi xuntanın aparıcı nümayəndələrinə qarşı yönəlib. Bundan başqa, qiyamçılara dəstək verən təşkilatlar da hədəfə çevrilə bilər. Aİ-nin demokratik yolla seçilmiş prezidentinin zorakı yolla devrilməsi ilə bağlı heç nə etməyəcəyi aydınlaşmalıdır.
Agentliyin məlumatına görə, Aİ-nin qiyamçılara qarşı sanksiyaları icmanın bütün dövlətləri tərəfindən yekdilliklə qəbul edilməlidir. Bu tədbirlərə Aİ-yə girişin qadağan edilməsi və təsirə məruz qalan şəxslərin aktivlərinin dondurulması daxildir.