Almaniya Ukraynaya “Taurus” raketlərini göndərməyin yollarını araşdırır

Almaniya Ukraynaya “Taurus” raketlərini göndərməyin yollarını araşdırır Almaniya hökuməti yaxın aylarda Bundesverin (Almaniya Silahlı Qüvvələri) ehtiyatlarından Ukraynanı uzaqmənzilli “Taurus” qanadlı raketləri ilə təmin etməyin yollarını araşdırır.
Digər ölkələr
11 avqust 2023 03:19
Almaniya Ukraynaya “Taurus” raketlərini göndərməyin yollarını araşdırır

Almaniya hökuməti yaxın aylarda Bundesverin (Almaniya Silahlı Qüvvələri) ehtiyatlarından Ukraynanı uzaq mənzilli “Taurus” qanadlı raketləri ilə təmin etməyin yollarını araşdırır.

“Report”un məlumatına görə, bu barədə “Der Spiegel” jurnalı yazıb.

Hazırda müdafiə sənayesi nümayəndələri ilə yüksək səviyyəli danışıqlar aparılır. Almaniya kansleri Olaf Şolts “Taurus”a texniki modifikasiyalar edərək, Ukraynanın Rusiya ərazisini uzaq mənzilli silahlarla vurması ehtimalını tamamilə aradan qaldırmaq istəyir.

Kansler hələ də münaqişənin gərginləşməsindən narahatdır. Son bir neçə həftə ərzində Almaniya Müdafiə Nazirliyi “Taurus” istehsalçısına qanadlı raketlərdə hədəf proqramlaşdırmada müvafiq məhdudiyyətin daxil edilməsi xahişi ilə müraciət edib.

Mütəxəssislərin fikrincə, sistemin bu cür məhdudlaşdırılması olduqca mümkündür, lakin bir neçə həftə çəkəcəkdir. Odur ki, Şolts yalnız texniki modifikasiyaya əmin olduqdan sonra raketin Kiyevə çatdırılmasına razılıq vermək niyyətindədir.

Sənaye nümayəndələri ilə gizli danışıqlar Almaniyanın Ukraynaya uzaq mənzilli qanadlı raketlərin tədarükü ilə bağlı mövqeyində dönüşdür. İndiyə qədər Şolts və Pistorius həmişə vurğulayırdılar ki, Almaniyanın silah yardımında rolu daha çox hava hücumundan müdafiə və tank təchizatında görünür. Digər tərəfdən, Vaşinqton ATACMS operativ-taktiki raket sistemlərini Kiyevə ötürməyənə qədər Berlin Ukraynanı qanadlı raketlərlə təmin etmək niyyətində deyildi.

Son xəbərlər

Orphus sistemi