Almaniya, Portuqaliya və Kanada Ukraynanı “Leopard 1” tankları ilə təchiz edir

Almaniya, Portuqaliya və Kanada Ukraynanı “Leopard 1” tankları ilə təchiz edir Ukrayna Almaniyadakı sənaye anbarlarından 160-a qədər “Leopard 1” döyüş tankı ala bilər. “Rheinmetall” və “Flensburger Fahrzeugbau” (FFG) şirkətləri tankların əhəmiyyətli bir hissəsini təmir edə bilər.
Digər ölkələr
5 Fevral , 2023 05:03
Almaniya, Portuqaliya və Kanada Ukraynanı “Leopard 1” tankları ilə təchiz edir

Ukrayna Almaniyadakı sənaye anbarlarından 160-a qədər “Leopard 1” döyüş tankı ala bilər. “Rheinmetall” və “Flensburger Fahrzeugbau” (FFG) şirkətləri tankların əhəmiyyətli bir hissəsini təmir edəcək.

Bu barədə “Report” “Handelsblatt”a istinadən xəbər verir.

İstehsalçı “Flensburger Fahrzeugbau” (FFG) onun 99 “Leopard 1”, “Rheinmetall” isə daha 88 “Leopard 1” döyüş tankının olduğunu bildirib. Tank Ukraynanın artıq Almaniyadan almalı olduğu 14 ədəd “Leopard 2”-nin sələfidir.

Nəşr bildirib ki, “Leopard” tanklarının tədarükü ilə Ukrayna ordusunun gücü xeyli artacaq. Lakin “FFG” və “Rheinmetall”ın döyüş maşınlarının nə vaxt tam təchiz ediləcəyi hələ məlum deyil. Məlumata görə, onların bəzilərinin vəziyyəti qənaətbəxş deyil. Komponentlər digər “Leopard” tanklarını təkmilləşdirmək üçün istifadə edilə bilər.

Portuqaliyanın Baş naziri Antonio Kosta da “Lusa” agentliyinə bildirib ki, ölkəsi Ukraynaya “Leopard 2” tankları verəcək.

“Hazırda bəzi tanklarımızı göndərmək üzərində işləyirik. Bilirəm ki, Ukraynaya nə qədər tank göndəriləcək, lakin bu, lazımi vaxtda açıqlanacaq”, - Baş nazir deyib.

Qeyd edək ki, Kanada da Ukraynaya ilk “Leopard 2” tankını göndərib. Döyüş maşını C-17 hərbi-nəqliyyat təyyarəsinə yüklənib. Bu barədə “Report” Kanadanın müdafiə naziri Anita Anandın tviterdəki səhifəsinə istinadən xəbər verir.

“Döyüş tankları Ukraynaya kömək etməyə gəlir”, - o paylaşımında yazıb.

Son xəbərlər

Orphus sistemi