Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiya və Çinin ölkəyə təsirinin yayılmasının qarşısını almaq üçün Suriyaya səfər edib.
“Report” xəbər verir ki, bu barədə Almaniyanın “Tagesschau” portalı yazıb.
“BMT-nin terrorçu siyahısındakı üsyançılarla danışmaq? Nazir bunun tamamilə qeyri-mümkün və səhv olduğunu deməklə işini asanlaşdıra bilərdi. Amma danışmamaq daha yaxşı olardı? Xeyr! Əgər Almaniya və ya Avropa İttifaqı indi qapıları çırpsa, başqaları gələcək. Rusiya və Çin təmaslardan qorxmur”, - məqalədə deyilir.
Almaniyanın xarici işlər naziri Annalena Berbok və fransalı həmkarı Jan-Noel Barrot Avropa İttifaqı adından danışıqlara başlamaq üçün Suriyaya səfər ediblər. Nazirlər Dəməşqdəki Xalq Sarayında Suriya lideri Əhməd Əl-Şaraa ilə görüşüblər.
Almaniyanın xarici işlər naziri səfər zamanı Rusiya hərbi bazalarının Suriyanın Latakiya əyalətindən çıxarılmasını istəyib. O, bunun ölkənin suverenliyinə hörmət olduğunu vurğulayıb.