Almaniya kansleri: “Ukraynadakı müharibənin sonu görünmür”
Digər ölkələr
- 05 fevral, 2024
- 19:48
“Rusiya iki ilə yaxındır ki, Ukraynaya qarşı barışmaz müharibə aparır və bu müharibənin sonu görünmür”.
“Report” xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Fransanın baş naziri Qabriel Attalla birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Avropa Ukraynanı dəstəkləməyə davam etməlidir:
“Bu yaxınlarda Avropa Şurasının yaxın bir neçə il ərzində Ukraynanın büdcəsinə dəstək üçün qanun layihəsini təsdiqləməsi yaxşı əlamətdir. Həm də yaxşı haldır ki, biz Ukraynaya Avropa dəstəyimizi necə artıra biləcəyimizi düşünməyə başlamışıq”.
O vurğulayıb ki, Ukraynaya yardım lazım olduğu müddətcə davam edəcək: “Mən həqiqətən ümid edirəm ki, ABŞ və Konqres tezliklə lazımi dəstəyi maliyyə baxımından mümkün etmək qərarına gələcək”
Son xəbərlər
16:57
Avropa Komissiyası "TikTok"dan yetkinlik yaşına çatmayanların müdafiəsini gücləndirməyi tələb edib
Digər ölkələr16:54
"Turkish Airlines" İstanbuldan İrəvana uçuşlara başlayacaq
Region16:53
Azərbaycan xalqı müharibə cinayətləri törədənlərin ədalət qarşısında cavab verəcəyini gözləyirdi - RƏY
Daxili siyasət16:44
Səfir: Azərbaycan-İordaniya biznes forumunun I rübün sonuna qədər keçirilməsi planlaşdırılır
Biznes16:41
"Real" niderlandlı futbolçu üçün 50 milyon avro ödəməyə hazırdır
Futbol16:40
Bakıda iki müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
İnfrastruktur16:39
Foto
Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə təqdim olunur
Turizm16:36
Foto
AMB IMF-lə ölkədəki makroiqtisadi vəziyyəti müzakirə edib
Maliyyə16:36