Almaniya DİN: "Ansbaxda partlayış törədən şəxs ölkədən deportasiya olunacaqdı"

Almaniya DİN: "Ansbaxda partlayış törədən şəxs ölkədən deportasiya olunacaqdı" Almaniya hökuməti onu qaçqın kimi ilk dəfə qeydiyyatdan keçdiyi Bolqarıstana deportasiya etməyə hazırlaşırmış
Digər ölkələr
25 İyul , 2016 17:47
Almaniya DİN: Ansbaxda partlayış törədən şəxs ölkədən deportasiya olunacaqdı

Bakı. 25 iyul. REPORT.AZ/ Bavariya əyalətinin Ansbax bölgəsində ötən bazar günü partlayış törədən suriyalı qaçqının bundan əvvəl ölkədən çıxarılması barədə iki dəfə qərar çıxarılıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, Almaniya hökuməti onu qaçqın kimi ilk dəfə qeydiyyatdan keçdiyi Bolqarıstana deportasiya etməyə hazırlaşırmış.

Bu barədə Almaniya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tobias Plate məlumat verib.

Almaniyada sığınacaq verilməsi müraciəti rədd edilən 27 yaşlı həmin şəxs partlayıcı qurğunu barın girişində işə salıb. Nəticədə qaşqının özü ölüb, 12 nəfər isə yaralanıb.

"Hələlik adı məlum olmayan qaşqın psixoloji xəstəlikdən müalicə alırmış", - deyə Bavariya daxili işlər naziri Yoahim Herrmann bildirib.

O, həmçinin suriyalı qaçqnın iki il əvvəl ölkəyə gəldiyini qeyd edib. DİN başçısı həmin şəxsə qaçqın statusunu verilməməsəinə baxmayaraq, Suriyadakı şəraitlə əlaqədar, ona Almaniyada müvəqqəti yaşayış statusu və Ansbaxda mənzil verilib.

Y.Herrmannın bildirdiyinə görə, partlayışdan bir neçə saat əvvəl suriyalı qaçqının "Ansbach Open" musiqi festivalına girişinə icazə verilməyib. DİN başçısının fikrincə, festival hücum edən şəxsin əsas hədəfi ola bilərdi.

Son xəbərlər

Orphus sistemi