Almaniya beynəlxalq humanitar yardıma xərcləri azaltmaq niyyətindədir

Almaniya beynəlxalq humanitar yardıma xərcləri azaltmaq niyyətindədir Almaniya qlobal dəyişikliklərə cavab olaraq xərc siyasətini uyğunlaşdırmalıdır və beynəlxalq humanitar yardım üçün xərclərin azaldılması istiqamətində düzəliş etməlidir.
Digər ölkələr
17 İyul , 2024 23:52
Almaniya beynəlxalq humanitar yardıma xərcləri azaltmaq niyyətindədir

Almaniya qlobal dəyişikliklərə cavab olaraq xərc siyasətini uyğunlaşdırmalıdır və beynəlxalq humanitar yardım üçün xərclərin azaldılması istiqamətində düzəliş etməlidir.

“Report” xəbər verir ki, bunu Almaniyanın maliyyə naziri Kristian Lindner Berlində keçirdiyi mətbuat konfransında deyib.

Bununla bağlı o qeyd edib ki, Almaniya hələ də beynəlxalq səviyyədə humanitar layihələrdə fəal iştirak edir, lakin balans bir qədər dəyişir.

Eyni zamanda Lindner vurğulayıb ki, Almaniya öz təhlükəsizliyinə daha çox sərmayə qoymalı olacaq:

“Əksinə, biz indiyə qədər bütün dünyada etdiyimiz kimi humanitar yardım göstərmək missiyasını davam etdirə bilmərik, çünki hətta Almaniyanın dünyanın dördüncü ən böyük iqtisadiyyatı kimi potensialı nə vaxtsa məhdudlaşacaq”.

Son xəbərlər

Orphus sistemi