Albaniyanın baş nazirinin avtomobil karvanı hücuma məruz qalıb

Digər ölkələr
  • 14 iyun, 2019
  • 16:25
Albaniyanın baş nazirinin avtomobil karvanı hücuma məruz qalıb

Albaniyanın baş naziri Edi Ramanın avtomobil karvanı etirazçıların hücumuna məruz qalıb.

“Report” “Alsat-M" TV-yə istinadən xəbər verir ki, ötən gün Librac şəhərində hökumət başçısının maşın karvanının yolunu bir qrup etirazçı kəsərək daşqalaq edib.

Baş nazirin olduğu avtomobilin sürücüsü alternativ yollarla onlardan uzaqlaşa bilib.