"Əl-Cəzirə": Ötən gün İsrailin zərbələri nəticəsində 100-dən çox fələstinli həlak olub
Digər ölkələr
- 02 iyul, 2025
- 08:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İyulun 1-də İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 100-dən çox fələstinli həlak olub.
"Report"un məlumatına görə, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Kanal bildirir ki, zərbələr nəticəsində 109 fələstinli, o cümlədən humanitar yardım məntəqələrində ərzaq gözləyən 28 nəfər öldürülüb.
Anklavın səhiyyə nazirliyinin məlumatına görə, may ayının sonundan 600-dən çox insan humanitar yardım məntəqələrinə edilən hücumların qurbanı olub.
Ümumilikdə, 2023-ci ilin oktyabrında silahlı münaqişənin kəskinləşməsindən bəri Qəzza zolağında 56,6 min nəfərdən çox insan həlak olub, 134 min nəfər yaralanıb.
Son xəbərlər
08:23
Foto
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur
08:03
Foto
Prezident İlham Əliyev Hanoyda "İnqilab şəhidləri" abidəsini ziyarət edib
Xarici siyasət
07:58
"Qiyamət günü təyyarəsi" Trampı Asiya turunda müşayiət edib
Digər ölkələr
07:36
"Anthropic" ticarətin pik həddində bazar dəyərinə görə "SpaceX"i geridə qoyub
Maliyyə
07:09
"Axios": ABŞ-nin yeni milli kibertəhlükəsizlik direktoru təyin edilib
Digər ölkələr
06:34
Qızılın qiyməti 3 550 dollardan aşağı düşüb - Yenilənib-2
Maliyyə
06:14
Yeni Kaledoniya sahillərində zəlzələ olub
Digər ölkələr
05:57
"Nikkei"in indeksi 4,5 %-dən çox ucuzlaşıb
Maliyyə
05:09
Foto
Prezident İlham Əliyevin Vyetnama səfəri ilə əlaqədar Hanoyun küçələri Azərbaycan bayraqları ilə bəzədilib
Xarici siyasət