"AirAsia" Yava dənizində təyyarə qəzasında ölənlərin ailələrinin hər birinə 99 min dollar ödəyəcək

"AirAsia" Yava dənizində təyyarə qəzasında ölənlərin ailələrinin hər birinə 99 min dollar ödəyəcək "Biz ölkənin Nəqliyyat Nazirliyinin tələblərinə tabe olacaq və hər bir ailəyə sığorta məbləğini ödəyəcəyik"
Digər ölkələr
7 Yanvar , 2015 14:53
AirAsia Yava dənizində təyyarə qəzasında ölənlərin ailələrinin hər birinə 99 min dollar ödəyəcək

Bakı. 7 yanvar. REPORT.AZ/ Yava dənizində "AirAsia" şirkətinə məxsus təyyarə qəzası nəticəsində ölənlərin qohumları 99,4 min dollar alacaq. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu barədə bu gün aviaşirkətin İndoneziyada törəmə şirkətinin prezidenti Sunu Vidyatmoko bildirib.

"Biz ölkənin Nəqliyyat Nazirliyinin tələblərinə tabe olacaq və hər bir ailəyə sığorta məbləğini ödəyəcəyik", - "Indonesia AirAsia" şirkətinin rəhbəri qeyd edib. Bir müddət əvvəl şirkətin müavinət ödəməkdən imtina etdiyi bildirilib və bunu qəzanın səbəblərinin müəyyən olunmaması ilə əlaqələndirib.

2014-cü il dekabrın 28-də "AirAsia"ya məxsus təyyarə Surabay - Sinqapur reysi ilə hərəkət etdikdən təxminən 40 dəqiqə sonra radarlardan itib. Təyyarədə 155 sərnişin və 7 ekipaj üzvü olub. Bu günə qədər xilasedicilər təyyarədə olan 41 sərnişinin cəsədini tapıb.  

Son xəbərlər

Orphus sistemi