Avropa İnvestisiya Bankı (AİB) Ukraynanın enerji infrastrukturunu Rusiyanın hücumlarından qorumaq üçün 86 milyon avro ayırıb.
"Report" xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Ukraynadakı Nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, AİB Ukraynanın mühüm enerji infrastrukturunun qorunması üçün bu ölkənin milli elektrik ötürücü sistem operatoru "Ukrenergo"ya 86 milyon avro yönəldib.
"Bu maliyyə yardımı davam edən müharibə fonunda Ukraynanın enerji infrastrukturuna dəyən ziyanın aradan qaldırılması üçün Bank tərəfindən 2024-cü ilin oktyabrında qəbul edilmiş bu ölkənin enerjisini "xilasetmə planı"nın tərkib hissəsidir.
Vəsait elektrik ötürücü avadanlıqlar üçün qoruyucu anti-dron konstruksiyalarının tikintisinə, onun hərbi hücumlara qarşı dayanıqlığının gücləndirilməsinə və müharibə zamanı Ukraynanın enerji ötürücü infrastrukturunun təhlükəsizliyinin və funksionallığının təmin olunmasına kömək edəcək", - məlumatda qeyd olunub.