Aİ Ukrayna üçün təhlükəsizlik zəmanəti layihəsini razılaşdırıb

Aİ Ukrayna üçün təhlükəsizlik zəmanəti layihəsini razılaşdırıb Avropa İttifaqı (Aİ) Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsinə dair layihəni razılaşdırıb.
Digər ölkələr
11 May , 2024 09:15
Aİ Ukrayna üçün təhlükəsizlik zəmanəti layihəsini razılaşdırıb

Avropa İttifaqı (Aİ) Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsinə dair layihəni razılaşdırıb.

“Report” xəbər verir ki, bu barədə “Welt am Sonntag” qəzeti məlumat yayıb.

Bildirilib ki, Brüssel bu layihəni hazırda Kiyevlə müzakirə edir.

Qeyd edilib ki, bu yaxınlarda Aİ-nin 27 ölkəsinin səfirləri 11 səhifəlik mətnlə bağlı razılığa gəliblər. Brüssel iyulun əvvəlindən gec olmayaraq zəmanət vermək niyyətindədir.

Sənəddə vurğulanıb ki, Aİ və onun üzv dövlətləri Ukraynanın təhlükəsizliyinin və dayanıqlılığının təmin edilməsinə hərbi və mülki yardım, humanitar, maliyyə, ticarət və iqtisadi dəstək, məcburi köçkünlərin yerləşdirilməsi, islahatlara, yenidənqurmalara dəstək, məhdudlaşdırıcı tədbirlər və diplomatik dəstək vasitəsilə həlledici töhfə verir.

Son xəbərlər

Orphus sistemi