Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb Avropa İttifaqı Krımın ilhaqına görə Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini növbəti dəfə uzadıb.
Digər ölkələr
17 İyun , 2024 14:43
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı Krımın ilhaqına görə Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini növbəti dəfə uzadıb.

"Report" xəbər verir ki, bu barədə Aİ Şurasının yaydığı məlumatda deyilir.

“Bu gün Şura Krımın və Sevastopol şəhərinin Rusiya Federasiyası tərəfindən qanunsuz ilhaqına cavab olaraq Aİ-nin tətbiq etdiyi sanksiyaların 23 iyun 2025-ci ilə qədər uzadılması barədə qərar qəbul edib”, - sənəddə deyilir.

Hazırda qüvvədə olan məhdudlaşdırıcı tədbirlər ilk dəfə 2014-cü ilin iyununda tətbiq edilib. Bura Krımdan, yaxud, Sevastopoldan Aİ-yə məhsulların idxalı, habelə bu ərazilərdən infrastruktur və ya maliyyə investisiyalarına və turizm xidmətlərinə qadağalar daxildir.

Bundan əlavə, müəyyən mal və texnologiyaların Krım şirkətlərinə ixracı və ya Krımda nəqliyyat, telekommunikasiya və enerji sektorlarında və ya neft, qaz və mineral ehtiyatların kəşfiyyatı və hasilatı üçün istifadəsi də Aİ-nin məhdudiyyətlərinə aiddir.

Son xəbərlər

Orphus sistemi