Aİ Banqladeşə daşqınlar səbəbindən bir milyon avroluq humanitar yardım ayırıb

Aİ Banqladeşə daşqınlar səbəbindən bir milyon avroluq humanitar yardım ayırıb Avropa İttifaqı (Aİ) Banqladeşə musson daşqınları səbəbindən bir milyon avroluq humanitar yardım ayırıb.
Digər ölkələr
31 İyul , 2024 09:38
Aİ Banqladeşə daşqınlar səbəbindən bir milyon avroluq humanitar yardım ayırıb

Avropa İttifaqı (Aİ) Banqladeşə musson daşqınları səbəbindən bir milyon avroluq humanitar yardım ayırıb.

"Report" xəbər verir ki, bu barədə Aİ-nin Banqladeşdəki Nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, bu yardım ölkənin şimal-şərqində və şimal-qərbində ən çox ziyan dəymiş bölgələrdə həssas insanların təməl ehtiyaclarını qarşılamaq üçün sərf olunacaq.

Avropa İttifaqının Böhranların idarə edilməsi üzrə komissarı Janez Lenarçiç (Janez Lenarčič) qeyd edib ki, daşqınlar Banqladeşin şimalındakı insanlara ciddi təsir göstərib:

"Aİ ən çox zərər çəkmiş əhaliyə yardımını bir daha artırır. Bu maliyyə əsas ehtiyacları təmin etməyə yardım göstərəcək".

Xatırladaq ki, Aİ Banqladeş, Hindistan və Filippinə daşqınlar səbəbindən iyulun 30-da da vəsait ayırdığını elan etmişdi. 2,4 milyon avro məbləğindəki həmin yardımın 1,2 milyonu Banqladeş və Hindistana, qalan 1,2 milyon avro isə Fillippin üçün nəzərdə tutulmuşdu.

Son xəbərlər

Orphus sistemi