Rusiya tezliklə strateji nüvə təlimləri keçirəcək.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi onlayn brifinq zamanı bildirib.
"Biz Rusiyanın illik strateji nüvə təlimlərini keçirəcəyini gözləyirik. Bu təlimlər hər il keçirilir, onların bir neçə gün çəkəcəyini gözləyirik. Təlimlərə raketlərin buraxılması, strateji vasitələrin yerləşdirilməsi daxildir. Biz təlimləri diqqətlə izləyəcəyik", - Kirbi deyib.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, NATO "nüvə çəkindirmə" istiqamətində uzun müddətdir planlaşdırılan təlimlər keçirmək niyyətindədir və Ukraynadakı müharibə səbəbindən bunun ləğv edilməsinə inanmır. O qeyd edib ki, gələn həftə illik “Steadfast Noon” təlimi keçiriləcək.