Ağ Ev: İndi Obama köməkçilərilə daha çox Rusiyaya təzyiq variantlarını müzakirə edəcək

Ağ Ev: İndi Obama köməkçilərilə daha çox Rusiyaya təzyiq variantlarını müzakirə edəcək ABŞ prezidenti bir sıra variantlara baxacaq
Digər ölkələr
4 Oktyabr , 2016 01:49
Ağ Ev: İndi Obama köməkçilərilə daha çox Rusiyaya təzyiq variantlarını müzakirə edəcək

Bakı. 4 oktyabr. REPORT.AZ/ "Suriya üzrə ABŞ və Rusiyanın diplomatik dialoqunun dayandırılmasından sonra Ağ Evdə Moskvaya qarşı sanksiyalar və başqa təzyiq imkanları indi daha tez-tez müzakirə ediləcək".

"Report" "TASS"a istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin mətbuat katibi Coş Ernest Ağ Evdə jurnalistlər keçirdiyi ənənəvi brifinqdə bildirib.

ABŞ prezidentinin rəsmisi qeyd edib ki, sanksiyalar da daxil olmaqla, ABŞ-ın özünü daha effektiv və güclü göstərən bir sıra alətləri var.

O xatırladıb ki, Ukraynanın cənub-şərqində vəziyyətlə bağlı sanksiyalar Rusiyanın mövqeyinin dəyişilməsinə gətirib çıxarmayıb.

"Sanksiyalardan istifadə də daxil olmaqla, Birləşmiş Ştatların özünü daha effektiv və güclü vasitə ilə göstərən bir sıra üsulları var. Birləşmiş Ştatlar Ukraynanın ərazi bütövlüyünün pozulmasına görə Rusiyaya qarşı sanksiyaların effektiv tətbiqi üzərində avropalı müttəfiqlərimizlə işləyirdi. Amma biz Ukrayna üzrə strategiyanın dəyişikliyini müşahidə etmirik. Hansını ki, görmək istəyərdik", - deyə o bildirib.

Coş Ernestin sözlərinə görə, ABŞ prezidenti  bir sıra variantlara baxacaq: "Onun milli təhlükəsizlik üzrə komandası təsir variantları üzrə məruzələrini prezidentə daim göndərir. Birləşmiş Ştatların rusiyalılarla danışıqlarda daha iştirak etmədiyini nəzərə alsaq, yəqin ki, qarşıdakı günlərdə onlar bunu daha çox, tez-tez müzakirə etməyə başlayacaqlar".

Son xəbərlər

Orphus sistemi