“ABŞ parlament seçkilərinin nəticəsindən asılı olmayaraq, Ukraynaya yardımı davam etdirəcək”.
“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib.
Onun sözlərinə görə, London Kiyevə dəstəyinin maksimum olması üçün əlindən gələni edəcək: “Birləşmiş Ştatlar Ukraynaya ən çox maliyyə, humanitar və hərbi dəstək verən ölkə olub. Biz artıq Ukraynaya 17 milyard dollar hərbi yardım vermişik ki, o, nəinki özünü müdafiə etsin, hətta bəzi ərazilərini geri ala bilsin”.
C.Kirbi bildirib ki, ABŞ Ukraynadakı döyüşlərdə iştirak etməyəcək: “Amma biz Kiyevə ehtiyac duyduğu həcmdə, lazım olan müddətdə hərbi dəstək verəcəyik”.
Qeyd edək ki, ABŞ-da parlament seçkiləri noyabrın 8-də keçiriləcək. Hazırda ölkədə hakim partiya Demokratlar Partiyasıdır.