AFP: Burkina-Fasoda silahlılar son sutkada 22 nəfər öldürüblər

Digər ölkələr
  • 08 iyul, 2023
  • 17:08
AFP: Burkina-Fasoda silahlılar son sutkada 22 nəfər öldürüblər

Burkina-Fasoda radikal qruplaşmaların silahlılarının iki hücumu nəticəsində 20-si könüllü olmaqla azı 22 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) Afrika ölkəsinin təhlükəsizlik xidmətlərinə istinadən məlumat yayıb.

Hücumlar iyulun 7-də ölkənin şərqində və şimalında baş verib.

Burkina-Faso son illərdə Qərbi Afrikadakı radikal dini qrupların terror fəaliyyətinin ocağına çevrilib.