AEBA müfəttişləri Zaporojye AES-də işlərini davam etdirəcəklər

Digər ölkələr
  • 15 iyun, 2023
  • 17:50
AEBA müfəttişləri Zaporojye AES-də işlərini davam etdirəcəklər

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişləri Zaporojye Atom Elektrik Stansiyasında (AES) işlərini davam etdirəcəklər.

“Report” xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi bəyan edib.

“Stansiyaya üçüncü gəlişimdə kifayət qədər şey gördüm, stansiya işçiləri ilə söhbət etdim. Buradakı vəziyyəti öz gözlərimlə görmək mənim üçün vacibdir”-deyə, o bildirib.

Qrossi həmçinin qeyd edib ki, ərazidə münaqişənin intensivləşməsi səbəbindən stansiyaya səfər təşkil etmək çətin olub və səfərə bir neçə saat qalmış da missiyanın baş tutacağına əmin olmayıb.