ABŞ Yaponiyanın hərbi bazasına bombardmançı təyyarələr göndərib

ABŞ Yaponiyanın hərbi bazasına bombardmançı təyyarələr göndərib ABŞ-nin bir qrup “B-1B Lancer” bombardmançı təyyarəsi Yaponiyanın Misava hərbi hava bazasına göndərilib.
Digər ölkələr
16 aprel 2025 12:27
ABŞ Yaponiyanın hərbi bazasına bombardmançı təyyarələr göndərib

ABŞ-nin bir qrup “B-1B Lancer” bombardmançı təyyarəsi Yaponiyanın Misava hərbi hava bazasına göndərilib.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sakit Okean Hərbi Hava Qüvvələri (PACAF) məlumat yayıb.

"ABŞ Hərbi Hava Qüvvələrinin “B-1B Lancer” təyyarələri, pilotları və 9-cu Ekspedisiya Bombardmançı Eskadrilyasının dəstək avadanlığından ibarət bombardmançı əməliyyat qrupu aprelin 15-də Yaponiyanın Misava hərbi hava bazasına gəlib. Onlar Sakit Okean Hərbi Hava Qüvvələrinin təlimlərinə dəstək vermək üçün göndərilib. Eyni zamanda Hind-Sakit okean regionunda regional sabitliyi gücləndirmək məqsədilə strateji çəkindirmə üzrə missiyalarını həyata keçirmək üçün gəliblər", - məlumatda qeyd edilib.

Mart ayının sonunda Yaponiya və ABŞ müdafiə nazirlərinin görüşü zamanı "Şərqi Çin dənizində Çinin hərbi fəaliyyətinin aktivləşməsi şəraitində" müdafiə və çəkindirmə imkanlarını gücləndirmək, həmçinin Yapon arxipelaqının cənub-qərb hissəsində iştirakını artırmaq məqsədilə fəal qarşılıqlı əməkdaşlıq niyyətini təsdiqləyiblər.

Son xəbərlər

Orphus sistemi