ABŞ və NATO Ukrayna ilə bağlı danışıqları mümkün hesab edir

ABŞ və NATO Ukrayna ilə bağlı danışıqları mümkün hesab edir ABŞ və NATO Kiyevin həm strateji, həm də diplomatik əhəmiyyəti olan Xersonu geri alacağı təqdirdə Ukrayna üzrə sülh danışıqlarının başlamasını mümkün hesab edir.
Digər ölkələr
7 Noyabr , 2022 14:34
ABŞ və NATO Ukrayna ilə bağlı danışıqları mümkün hesab edir

ABŞ və NATO Kiyevin həm strateji, həm də diplomatik əhəmiyyəti olan Xersonu geri alacağı təqdirdə Ukrayna üzrə sülh danışıqlarının başlamasını mümkün hesab edir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti yazıb.

Bildirilib ki, Vaşinqton bu məsələdə Brüssel və müttəfiqləri ilə daim əlaqədədir və Ukrayna hakimiyyətini də bu düşüncəyə sövq edir.

Nəşrin yazdığına görə, Vaşinqton və NATO-nun Kiyevə pilotsuz uçuş aparatlarına qarşı hava hücumundan müdafiə raketlərinin partiyasının göndərilməsini təsdiqləmələri təsadüfi deyil: "Əsas müddəa ondan ibarətdir ki, dənizə çıxış və su ehtiyatlarına nəzarət baxımından strateji məqsəd olan Xersonun geri qaytarılması münaqişənin gedişatını dəyişə bilər və onun azad edilməsindən sonra güclü mövqedən danışıqlara başlamaq olar".

Qəzet iddia edir ki, Ağ Ev ilk dəfə belə bir konkret ssenari təklif etməyə başlayıb.

Son xəbərlər

Orphus sistemi