ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi, Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (MNTŞ) və Amerika şirkəti “Boeing” Seula Muan hava limanında “Jeju Air” aviaşirkətinin təyyarəsinin qəzasının araşdırılmasında kömək edəcək.
“Report” xəbər verir ki, bu barədə MNTŞ-nin yazılı bəyanatında bildirilib.
“MNTŞ Koreya Respublikasının Aviasiya və Dəmir Yolu Qəzalarının Araşdırılması Komissiyasına 29 dekabrda Koreya Respublikasının Muan Beynəlxalq Aeroportunda baş vermiş “Jeju Air”ə məxsus təyyarənin qəzaya uğramasının araşdırılmasında kömək etmək üçün Amerika mütəxəssislər qrupuna rəhbərlik edir”, – sənəddə qeyd olunub.
Şura vurğulayıb ki, araşdırma ilə bağlı bütün məlumatları Cənubi Koreya tərəfi dərc edəcək.
Qeyd edək ki, Cənubi Koreyada Muan hava limanında “Boeing 737-800” təyyarəsinin qəzası nəticəsində 179 nəfər həlak olub, 2 nəfər sağ qalıb.